Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək. Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: “Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalistlərə paylanması məsələsinə bundan sonra baxılacaq”.
Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb. (APA)