450-dən çox yazıçı, o cümlədən məşhur Stiven Kinq milyarder Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalayıblar.
Yazıçılar Mark Slauka və Endrü Altşul “İPetitions” saytında petisiya yerləşdiriblər. Məqsəd 10 min imza toplamaqdır. Hələlik petisiyaya 6220 nəfər qoşulub.
“Nə var-dövlət, nə də şöhrət insanı ABŞ adından danışmağa, ölkənin ordusuna rəhbərlik etməyə, onun tərəfdaşlarını dəstəkləməyə və vətəndaşlarını təmsil etməyə öyrətmir”, – petisiyanın mətnində belə deyilir.
(virtualaz)