Demokratik Suriya Qüvvələri mayın 25-də İŞİD-in paytaxtı hesab olunan Rakka şəhərinin geri almaq üçün çoxdan planlaşdırılan əməliyyata başlayıb.
Üç istiqamətdən hücuma keçən Demokratik Suriya Qüvvələrinə koalisiya təyyarələri havadan dəstək verir.
Bundan başqa, Kobani və Rakka arasında yerləşən Eyn İssa qəsəbəsinin azad olunması da Demokratik Suriya Qüvvələrinin planlarına daxildir. Əməliyyata 12 min döyüşçünün qatıldığı bildirilir.
Məlumatlara görə, İŞİD mövqelərinin bombalanması, Rakkada məskunlaşan İŞİD qüvvələrinin Deyr əz-Zor şəhərinə qaçmalarına səbəb olub.
Aydın Taş