İŞİD Rusiyanın Suriyadakı hərbi bazalarından birini məhv edib. Bu sensasiyalı xəbəri ABŞ-da fəaliyyət göstərən məhşur Stratfor analitik mərkəzinin ekspertləri əldə etdikləri faktlara əsasən yayıblar.
Ekspertlər vurulan hərbi bazanın peykdən çəkilən şəkillərini də dəlil olaraq BBC-yə təqdim ediblər. Çəkilişlər Rusiya bazasına ciddi zərbələr endirildiyini sübut edir. Bazanın əvvəlki şəkilləri ilə müqayisə göstərib ki, bu, Tiass yaşayış məntəqəsinin yaxınlığındakı hərbi obyektdir. Bazada Rusiyanın 4 ədəd Mİ-24 vertolyotlarının zərbələr nəticəsində dağılmış qalıqları görünür. Peyk vasitəsi ilə əldə olunmuş şəkillər MİQ-25 təyyarəsinin də həmin əırazidə olduğunu göstərir. Bazadakı təchizat deposu da zərbələr nəticəsində dağıdlıb. Stratforun məlumatına görə, bazaya dəfələrlə ciddi zərbələr endirilib. Hadisədən bir az sonra İŞİD-in bəyanatı yayılıb. Bəyanatda vurulmuş obyektlərin dəqiq təsviri bu işin arxasında İŞİD-in olduğuna şübhə yeri qoymur.