Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 14 banka satılmışdır. Bu barədə “Marja”ya Fonddan bildirilib.
“İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir”,- Fondun məlumatında deyilir.
Hərraca çıxardılmış 50 milyon dollar tamamilə alındığından dolların manat qarşısında cüzi bahalaşacağı gözlənilir. Bu gün rəsmi USD/AZN məzənnəsi 1.4929 səviyyəsindədir.