Satışları və mənfəəti azalıb
“Gəncə Şərab 2” ASC maliyyə hesabatlarını açıqlayıb.
“Marja” xəbər verir ki, ASC 2015-ci ili 1,62 milyon manat xalis mənfəət ilə başa vurub, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 1.8 dəfə azdır. Belə ki, 2014-cü ildə ASC-nin xalis mənfəəti 3 milyon manatdan bir qədər çox olmuşdu.
Ötən il “Gəncə Şərab 2” satışdan 11 milyon 855 min manat gəlir əldə edib. Satışın maya dəyəri isə 8 milyon 322 min manat təşkil edib.
2014-cü ildə ASC-nin cəmi satışları 16 milyon 528 min manat təşkil etmişdi. Beləliklə, ötən il şirkətin satışları 28,3% azalıb.
31 Dekabr 2015-ci il tarixində “Gəncə Şərab 2” ASC 20 milyon 195 min manat cəmi aktivlərə (2014-də 17,2 milyon manat idi), 5,8 milyon manat öhdəliklərə, 14 milyon 388 min manat cəmi kapitala malik olub.
“Gəncə Şərab 2” 1998-ci ildə 2 nömrəli Gəncə şərab zavodunun bazasında yaradılmışdır. 2000-ci ildə ASC investisiya müsabiqəsində özəlləşdirilib. ASC şərablar, konyak və başqa alkoqollu içkilər istehsal edir.