İstanbulda Ümumdünya Humanitar Sammitində çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putini sərt tənqid edib.
Poroşenko Putini “demokratiyada təhlükə, azadlıqda isə zəhər” görən adam adlandırıb.
“Rusiya alternativ Avropa yaratmaq istəyir. Təcridçilik, homofobiya, insan hüquqlarına hörmətsizlik, dini fanatizm bu reallığın simvoludur. Alternativ Avropanın öz lideri də var. Bu cənab Putindir”.
Pyotr Porşenko 2014-cü ildə ölkənin Şərqində başlayan silahlı toqquşmalar zamanı 10 min ukraynalının öldüyünü, 20 mindən artıq ukraynalının isə yaralandığını deyib.
(modern.az)