Bu gün Yardımlı rayonuna yeni icra başçısı təyin edilib.
AzNews.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Qazax rayonunun icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilərək Yardımlı ayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.
Rəsmi sərəncam hələki açıqlanmasa da, yeni başçı artıq Yardımlı ictimaiyyətinə təqdim edilib. Təqdimat bu dəqiqələrdə Yardımlı Rayon İcra Hakimiyyətində keçirilir. Tədbirdə Prezident Adminstrasiyasının rəsmiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
Məlumat üçün bildirək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.
Xatırladaq ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov mart ayında vəzifəsindəm azad edilib. O, Salyan rayonuna icra başçısı təyin edilib.
Qeyd edək ki, Yardımlı rayonuna icra başçısı təyin edilməsiylə bağlı ilk məlumatı qafqazinfo.az saytı yayıb.