Beynəlxalq Olimpia Komitəsinin rəhbəri Tomas Bax bildirib ki, rusiyalı idmançılar Rio-de-Janeyroda keçirilən olimpia oyunlarına buraxılmaya bilər.
Bu barədə Frankfurter Allgemeine Zeitung nəşri məlumat verib. Onun sözlərinə görə, əgər digər idman növlərində də dopinqdən mütəşəkkil istifadə sisteminin mövcudluğu subut olunsa, beynəlxalq federasiyalar və BOK belə bir qərar verməli olacaq.
Həmçinin Beynəlxalq Olimpia Komitəsi Lozannadakı anti-dopinq laboratoriyasından Soçi olimpiadasının dopinq-nümunələrinin analizini keçirməyi xahiş edib.
azadlıq.info