Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan deputatlarla görüşdə partiyanın sədri, baş nazir Əhməd Davudoğlunun istefasından danışıb. Ərdoğan bildirib ki, baş nazirlə aparılan danışıqlardan sonra Davudoğlu AKP-nin fövqəladə qurultayını çağıracağını deyib: ““Xeyirli olsun” dedim. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi”-deyə qeyd edib. Türkiyə rəhbəri ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da vurğulayıb. “Mən öz partiyama (AKP) üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil”.