Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Martin Şefer ölkəsinin Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı münasibətini ifadə edib.
Şefer rəsmi Berlinin yaranmış situasiyadan narahat olduğunu ifadə edib.
“Biz Dağlıq Qarabağda yeni gərginlik əlamətlərindən narahatıq. Tərəflər arasında təmas xəttində müşahidə edilən gərginliyi böyük narahatlıqla izləyirik. ATƏT-in sədri kimi bizi tərəfləri yeni gərginliyə yol açmamağa çağırırıq”.
Almaniya ATƏT-ni Minsk Qrupunun vasitəçilik missiyasını dəstəklədiklərini də vurğulayıb. (Modern.az)