Britaniyanın neft nəhəngi BP İranda ofis açmağı planlaşdırır.
“The Wall Street Journal” yazır ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Rüknəddin Cavadi məlumat verib.
Bildirib ki, BP İrana yeni texnologiyalar və sərmayə gətirmək niyyətindədir. Britaniya şirkətindən isə bu qərara şərh verilməyib.
Qeyd edək ki, BP rəhbəri Bob Dadli bundan öncə İrana investisiya qoyuluşunda ehtiyatla davranırdı. O, bu yaxınlardakı çıxışı zamanı bildirmişdi ki, onun şirkəti “imkanları diqqətlə seçəcək”. İrana geri qayıtmaq istiqamətində addım atan digər Qərb neft şirkətləri sırasında Avstriyanın “OMV” və Fransanın “Total SA” şirkətlərinin də adı çəkilir (aznews.az).