Ermənistanın qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması haqqında xəbərlər gündəmdədir. Belə bir olayın baş verə biləcəyi təqdirdə Dağlıq Qarabağ konfliktilə bağlı tərəflər üçün hansı yeni situasiyanınyaranacağı və bunun onlar üçün hansı müsbət və mənfi cəhətləri doğuracağı maraqlı məsələdir. Təbii ki, belə vəziyyətdə bir tərəfin özü üçün pozitiv hesab etdiyi məqam digət tərəf üçün neqativ effekt doğuracağına hesablanır və ya əksinə.
Aksiyanın təşəbbüsçüsü Ermənistandır və erməni tərəfi bununla bağlı müxtəlif arqumentlər səsləndirir. Orda belə hesab edirlər ki, Dağlıq Qarabağın tanınması Ermənistanın konfliktdə iştirakını rəsmiləşdirəcək. Bununla erməni tərəfi açıq şəkildə dünyaya mesaj verir ki, “biz bu konfliktdə varıq, yəni təcavüz prosesində iştirak etmişik, amma bu rəsmi deyil, indiyə kimi qeyri rəsmi formada baş vermişdir”. Ermənilərin belə aksiyadan digər gözləntisi tanınma aktının qondarma Dağlıq Qarabağa beynəlxalq hüququn subyekti statusu verə biləcəyilə bağlı ümidləridir.
Bu olayın Azərbaycan üçün müsbət və mənfi cəhətlərinə keçməzdən əvvəl erməni tərəfinin hər iki arqumentinə qısa münasibət bildirmək yerinə düşər. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin təşəbbüsçüsü olmaqla yanaşı, bu günə kimi həm də faktiki tərəfdir. Bütün dünya bilir ki, Dağlıq Qarabağda müharibə Qarabağın erməni əhalisilə Azərbaycan arasında deyil, Ermənistan Azərbaycan arasındadır. Bu mənada erməni tərəfin tanıma aktı faktiki situasiyaya necə deyərlər nə isti, nə də soyuq təsiri ola bilməz.
Tanınma aktıla qondarma Dağlıq Qarabağın beynəlxalq hüquq subyektinə çevirməsinin də prespektivi sıfıra bərabərdir. Ermənistandan sonra Afrika cəngəlliklərində hansısa banan ölkənin beynəlxalq erməni diasporunun cabaları nəticəsində analoji addımı belə Ermənistanın prespektivdə nəzərdə tutduğu məqsədə çatma ilə nəticələnə bilməz. Ən azından keçmiş SSRİ məkanında analoji konfliktlərlə bağlı ortada təcrübə mövcüddür.
Qondarma Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması Azərbaycana nə vəd edə bilər.
Birincisi, hesab edirəm ki, belə bir aksiya konfliktin son 22 ildə mövcüd olan statusu üçün yeni situasiya yaradacaq. Azərbaycan 1994-cü il rusvayçı Bişkek atəşkəs sazişindən yaxa qurtaracaq.
İkincisi, bu aksiyanın Azərbaycan üçün pozitiv hesab oluna biləcək məqamı onun beynəlxalq münasibətlər sistemində Ermənistanın üzərinə daha şəstlə yeriməsinə şərait yaratması ola bilər. Əlbəttə ki, söhbət Azərbaycanın tərəfində olan müasir beynəlxalq hüququn bu konfliktə münasibətdə realizə olunması üçün diplomatik savaşdan gedir.
Üçüncüsü, Azərbaycan indiyə kimi beynəlxalq strukturlar (BMT, ATƏT. Avropa Şurası) qarşısında götürdüyü və özündə münaqişənin dinc yolla nizama salınmasını ehtiva edən öhdəliyindən xilas olar və Azərbaycan BMT Nizamnaməsilə ona verilən təzavüzdən istənilən vaxt müdaffiə olunma, öz torpaqlarını təcavüzkardan xilas etmə və bunun üçün zor tətbiq etmə, yəni müharibə aparmaq hüququnu qazanmış olar.
Yeni yaranacaq situasiyadan faydalana bilmək şansının realizəsi isə artıq dövlətimizin baş bilənlərinin bacarığından asılı olacaq…