Azərbaycan XİN Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfərini təşkil edib.
Bu istiqamətdə ermənilər iriçaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə edərək sıx şəkildə yaşayan mülki əhalini, fərdi və dövlət obyektlərini, Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.
Səfərdə məqsəd qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.
Nümayəndə heyətinə diplomatik missiyaların rəhbərləri və hərbi attaşelərdən ibarət 80-ə yaxın şəxs daxildir.