ABŞ dövlət katibinin müavini Entoni Blinken Polşaya səfəri zamanı şərq və cənub cinahlarda təhdidlərlə mübarizəni NATO-nun öhdəlikləri adlandırıb.
O bildirib ki, ABŞ alyansın işində fəal iştirakını davam etdirəcək.
“Biz xərcləri 790 milyondan 3,4 milyard dollaradək artırmışıq. Bunun sayəsində Avropadakı bir diviziyanı avadanlıqla təchiz edə bilərik. Şərq cinahda 4 min əsgərdən ibarət hərbi briqada yerləşdiriləcək. Bu da ordunun Avropada rotasiya qaydasında daimi mövcudluğunu təmin edəcək”,- deyə E. Blinken söyləyib.
Qeyd edək ki, bundan öncə NATO Birləşmiş Silahlı Qüvvələrinin yeni baş komandanı, amerikalı general Körtis Skaparotti alyans üzvlərini Rusiya və terrorçular tərəfindən mümkün təhdidlərə qarşı hazır olmağa çağırıb.
(apa)