“ABŞ digər dünya birliyi ilə bərabər Dağlıq Qarabağı tanımır. Yekun status hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək. Odur ki, biz nizamlanmaya nail olmaq üçün tərəfləri danışıqlar masası arxasında əyləşməyə çağırırıq”, – Vaşinqtonda keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibi Mark Toner Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanmaq niyyətini şərh edərkən bildirib.
O həmçinin deyib ki, ABŞ nizamlanmanın üç prinsip əsasında dəstəklənməsini davam etdirir: müqəddəratın təyin edilməsi, güc tətbiq edilməməsi və ərazi bütövlüyü. Bütün bu prinsiplər problemin ATƏT-in Minsk Qrupu tərəfindən həlli kontekstində nəzərə alınmalıdır”, – o qeyd edib.