Bu il Qazaxıstanın paytaxtı Astanada qələbə paradı keçirilməyəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qurumun təsdilənmiş planında belə bir tədbir nəzərdə tutulmur.
Ötən il mayın 7-də Astanada ölkənin müstəqillik tarixindən ən böyük Qələbə paradı keçirilib. Paradda 5 minə yaxın hərbçi iştirak edirdi.
azadlıq.info