Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 40,8 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 5 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır. Bu barədə “Marja”ya Fonndan bildirilib.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Qeyd edək ki, bu gün USD/AZN məzənnəsi 1.5082 manat səviyəsindədir.
Hərracda tələb təklifə yaxın olduğundan sabah Dolların Manat qarşısında yüngül bahalaşacağı gözlənilir.