Ədalət və İnkişaf Partiyasının (AKP) Partiyasının sədri postuna namizədlərin kimliyi məlum olub.
Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.
Partiyanın mayın ortalarında növbədənkənar qurultayının keçiriləcəyi və partiyanın hazırkı sədri, baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi açıqlanmışdı.