NATO-nun baş katibi Jens Stoltenberg mayın 4-də Avropadakı NATO qüvvələrinin yeni komandanı Kertis Skaparrotti ilə birgə mətbuat konfransında NATO-Rusiya münasibətlərindən danışıb.
O deyib ki, Rusiya, NATO sərhədləri yaxınlığında hərbi hazırlığını artırır və bu bizim uzun illər müşahidə etdiyimiz hadisələrin tərkib hissəsidir.
Stoltenberg bildirib ki, Rusiya 2000-ci ildən müdafiə xərcələrini 3 dəfə artırıb, biz bir sıra yeni texnika və daha böyük təlimlər, hərbi iştirakın genişləndiyini görürük.
Amma ən başlıcası Rusiyanın müstəqil dövlət olan Ukraynaya qarşı hərbi güc tətbiq etməsi, Krımın ilhaqı və Ukraynanın şərqindəki vəziyyətdir.
Stoltenberq bildirib ki, NATO alyansın şərqində hərbi iştirakının genişləndirilməsi ilə bağlı yekun qərar verəcək və bu təşkilatın iyulda Varşava sammitində olmalıdır.