Göyçay rayon sakini Ucar rayonunda intihara cəhd edib.
Hadisə bu gün axşam saatlarında rayonun Qarabörk kəndində baş verib. Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Könül Vahid qızı Şirəliyeva kəsici alətlə qol damarlarını kəsərək intihara cəhd edib. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, K.Şirəliyevanın vəziyyəti stabildir.
Məlumata görə, K.Şirəliyevanın intihara cəhd etməsinə səbəb keçmiş həyat yoldaşından alimenti ala bilməməsidir.
Faktla bağlı araşdırma aparılır.