Ermənistan 2016-cı ildə rəqəmsal diplomatiya reytinqində (Digital Diplomacy Rating – 2016) 52-ci yerdə qərarlaşıb. Bu gösətiriciyə görə onlar Gürcüstanı (65-ci yer), Azərbaycanı (73) və İranı (112) geridə qoyub.
Postsovet məkanında (Baltikyanı ölkələrdən başqa) Ermənistan yalnız Rusiya (4-cü yer) və Ukraynadan (11) geri qalır. Türkiyə reytinqdə 25-ci yerdədir.
İlk üçlükdə Böyük Britaniya, Fransa və ABŞ qərarlaşıb.
Diplomatik məqsədlərə çatmaq üçün müasir texnologiyalar və internetin tətbiqinin qiymətləndirilməsinin nəticələri Digital Diplomacy reytinqinin saytında yerləşdirilib. Reytinqə 210 xarici işlər nazirlikləri, 33 sosial şəbəkədə 1098 rəqəmsal mənbə və digər göstəricilər daxildir.
Rəqəmsal (elektron) diplomatiya (“digital diplomacy”, e-diplomacy) – diplomatik məsələlərin həlli üçün internetin və informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadədir. Rəqəmsal diplomatiya çərçivəsində yeni media, sosial şəbəkələr, bloqlar və qlobal şəbəkədə digər imkanlar istifadə edilir.
azadlıq.info