Bu ilin aprel ayında 105 min 695 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu rəqəm 2015-ci ilin aprel ayı ilə müqayisədə 17,6% çoxdur.
Azərbaycan bu göstərici ilə Gürcüstana səfər edən xarici vətəndaşlar sırasında ikinci yerdədir. Birinci yerdə isə Türkiyə vətəndaşlarıdır – 115887 nəfər.
Ümumiyyətlə, apreldə Gürcüstana 171 min 235 turist gəlib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.
Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1 milyon 596 min 916 nəfər xarici vətəndaş gəlib. Bu da ötən ilin 4 ayı ilə müqayisədə 15,4% çoxdur.
(fins.az)