Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) mayın 9-ı, saat 22.00-da Panamanın Mossack Fonseca ofşor şirkətinin müştərilərinin siyahısını açıqlayacaq. Məlumata görə, sənədlər bir sıra dünya liderlərinin və onların yaxınlarının ofşor sxemlərinə aidiyyatını ortaya çıxarıb. Bu barədə təşkilatın saytında məlumat yayılıb.
“Beynəlxalq araşdırmaşı jurnalistlər konsorsiumu 200 min ofşor şirkəti barədə məlumatı dərc edəcək. Dünyanın 200 ölkəsindən olan vətəndaş və şirkətlər barədə məlumat dərc ediləcək”, – deyə məlumatda bildirilir.
azadlıq.info