Araşdırmaçı jurnalist Xədicə İsmayıl beynəlxalq mətbuat azadlığı günü ərəfəsində UNESKO-nun “Gilyermo Kano dünya mətbuat azadlığı” mükafatına layiq görülüb. Bu mükafat 1997-ci ildə təsis olunub. Mükafat Kolumbiyanın “El-Espektador” qəzetinə rəhbərlik etmiş və fəaliyyətinə görə öldürülmüş Gilyermo Kano İsazanın adını daşıyır. Hər il qalibi müəyyənləşdirmək üçün 14 müstəqil juri rəy verir.
azadlıq.info