Bir müddət davam edən tənəzzüldən sonra, dünya bazarında neftin qiymətində qiymət sıçrayışı baş verib. Artıq “qara qızıl”ın qiyməti 50 dollar həndəvərində müşahidə edilir. ABŞ-da neft hasilatının 2014-cü ilin oktyabr ayından bu yana ən aşağı səviyyəsinə düşməsinin dəstəyilə, neft qiymətləri son bir ilin ən yaxşı aylıq artımını göstərib.
“Marja” xəbər verir ki, ABŞ-da açıqlanmış rəsmi məlumatlara görə, neft istehsalı yeddi həftədir ardıcıl azalıb. Enerji Informasiya Idarəsinə görə, ABŞ-da neft hasilatı gündəlik 9 milyon bareldən aşağı düşüb.
Venesuela Prezidenti Nikolas Maduro, dövlət televiziyasında verdiyi açıqlamada ölkəsinin hələ də çox aşağı olan neft qiymətlərini yüksəltmək üçün çalışmaqda olduğunu qeyd edib.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 1,5 faiz bahalaşaraq 46.10 dollar, Brent nefti isə, Londonda ICE Futures Europe birjasında təxminən 2 faiz qalxaraq 48.14 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar artaraq 46,43 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar artaraq 48,19 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da hasilatın azalmasıdır. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ölkədə gündəlik neft hasilatı 15 min barrel azalaraq 8,94 mln. barrelə çatıb.ÿ
Yeri gəlmişkən, Brent markalı neft aprelin ayının əvvəlindən 22 faiz, WTI markalı neft isə 21 faiz bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.ÿ
Ekspertlər hesab edir ki, belə davam edərsə, neftin qiymətinin daha da artacağı gözlənilir. Çünki hasilatın azalması neftə marağı və qiymətləri artırıb. Nəticədə, neftin qiymətində qəfil sıçrayış baş verib.
Sosial şöbə