Azərbaycanın xaricdən birdəfəlik və digər şprislərin alınmasına çəkdiyi xərclər ildən-ilə artır. Təkcə 2015-ci ildə idxal 0,8% artıb və 10 milyon dolları ötüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən 131,8 mln. ədəd şrpis alınıb. Min şrpis Azərbaycanın gömrük sərhədində 76 dollara bəyan olunub, bu da 2014-cü ildə olduğunudan 12,9% çoxdur.
Son illər ərzində ən çox həcmdə şrpis 2014-cü ildə idxal edilib – 147,7 mln. ədəd. Bu, 2012-ci ildəkindən iki dəfə çoxdur.
2015-ci ildə Şəmkirdə meydana çıxan “Dekot Capital” şirkəti Azərbaycanda birdəfəlik şprislərin istehsalı ilə bağlı planlarını açıqlayıb.
Şirkətin korporativ saytında qeyd olunurdu ki, bu məqsədlə xaricdən zəruri avadanlıq alınıb. Sonradan bu şirkət “Comas” MMC-lə birləşib və idxalı əvəz edəcək yerli istehsalın yoluna qoyulub-qoyulmayacağı bilinmir.
(marja)