Türkiyədə daha bir terror hadisəsi qeydə alınıb. Anadolu agentliyi xəbər verir ki, Gaziantep Polis İdarəsinin binası qarşısında partlayış törədilib.
Gaziantep Valiliyi partlayış nəticəsində 1 polisin şəhid olduğunu açıqlayıb.
Yaralıların sayı isə 23 nəfərdir. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.
Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur.
Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib.
Partlayışdan sonra atəş səsləri eşidilib. Polis partlayışdan sonra şüşələri sınmış ağ rəngli bir avtomobili axtarır.