Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirən Rusiyanın 102-cü hərbi bazasının qulluqçusu Valeri Permyakov cinayəti hansı səbəbdən törətdiyini açıqlayıb.
Permyakov uşaqları səs-küyə görə öldürüb. O, məhkəmədə “Səs-küty idi, uşaqlar ağlayırdı, küçədə itlər hürürdü. Ona görə öldürdüm ki, bu səs-küy qurtarsın” – deyə açıqlama verib. Permyakov günahını tam boynuna alıb.
Rusiyalı hərbi qulluqçu Valeri Permyakov 7 nəfərin, o cümlədən iki azyaşlı uşağın qətlində günahkar bilinir. Onu məhkəməsi hərbi bazanın ərazisində keçirilir.
6 nəfərdən ibarət Avetisyan ailəsi, o cümlədən 2 yaşlı qız uşağı 12 yanvar 2015-ci ildə öldürülüb. hadisə zamanı xəsarət alan 6 aylıq oğlan uşağı isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib.
Permyakov cinayəti törətdiyi gün Türkiyə ilə sərhəddə saxlanılıb. Məhkəmə prosesi 2015-ci ilin avqustunda başlayıb.