“Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsi Dağlıq Qarabağ işğalçılarının “bayrağ”ının istifadəsinə rəsmən qadağa qoyub. Bu barədə “Eurovision”un saytı xəbər verir.
Tamaşaçıların müsabiqənin keçirilməsi zamanı istifadə edə biləcəyi bayraqlara həsr edilmiş bölümdə qadağan edilmiş bayraqların “qara siyahısı” dərc edilib.
Separatçı regionların, eləcə də İŞİD terror təşkilatının bayraqları ilə yanaşı işğalçı Dağlıq Qarabağ rejiminin “bayrağ”ı da qadağan edilib.