Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları mayın 1-dən dəyişəcək.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 9 mart 2016-cı il tarixdə “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.
Qeyd edək ki, qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.