Neftin qiymətinin ucuzlaşmasından sonra dərin böhranla üzləşən Venesuelada elektrik enerjisinin kəsilməsi talanlarla nəticələnib. Aprelin 27-də ölkədə ölkədə etirazlar baş qaldırıb. İşıqsız qalan şəhərlərin əhalisi keçələrə axışaraq barrikada quraraq onları yandırıb, dükanları talan edib.
Bir qədər əvvəl hökumət iş yerlərinin azaldılması hesabına elektrik enerjisinə qənaət etmək istəyib. Bundan sonra dövlət müəssisələri həftədə cəmi iki gün çalışacaq.
Qeyd edək ki, Venesuela dünyada ən çox neft ehtiyatı olan ölkədir. Lakin tamamilə neft asılı olan ölkə neftin qiymətinin ucuzlaşmasından sonra ağır duruma düşüb.
azadlıq.info