AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyaların hakimiyyətin zirvəsində planlaşırıldığı barədə dəfələrlə yazılıb. Iqtidar bu aksiyaları cəmiyyətin etirazı kimi qələmə vermək istəsə də, həm aksiyada iştirak edənlər, həm də hakimiyyətin sonrakı addımları baş verənlərin Prezident Administrasiyasında hazırlandığını ortaya qoyub.
Elə dünən ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Əli Kərimlinin evinin qarşısında təşkil olunan aksiyalarda fəallıq edən Emin Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü təyin edilib. Aksiyalarda fəallıq edən başqa bir şəxs, Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı isə MSK-ya əvəzedici üzv göndərilib.
Bu əslində adıçkəkilən şəxslərin mükafatlandırılmasıdır. Həm də Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyaların ən yüksək səviyyədə təşkil olunduğunun növbəti sübutudur.