“İndex on Censorship” beynəlxalq söz azadlığını müdafiə təşkilatı Azərbaycanda Meydan TV-yə qarşı cinayət işinin başlanmasını pisləyən bəyanat yayıb.
“Meydan TV və onun əməkdaşları Azərbaycan hakimiyyəti tərəfindən amansız təqiblərə məruz qalıb. Meydan TV-yə qarşı da Azərbaycanda jurnalistlər və digər tənqidçiləri həbsxanaya göndərmək üçün istifadə olunan analoji ittihamlara əl atılıb. Bu cinayət işi göstərir ki, Azərbaycan hökuməti müstəqil mediaya, söz azadlığına qarşı münasibətini dəyişmək niyyətində deyil”, – deyə “İndex on Censorship”in təmsilçisi Melodi Patri bildirib.
Bəyanatda o da qeyd olunur ki, Meydan TV və əməkdaşlarına qarşı bu təqiblər yeni deyil. Bu media orqanının əməkdaşları və onların yaxınları mütəmadi olaraq, təzyiqlərə məruz qalır, həbslə hədələnir.
2013-cü ildə İfadə azadlığa üzrə mükafatın qalibi olan “Azadlıq” qəzeti də iflas həddinə çataraq, bir müddət nəşrini dayandırmaq məcburiyyətində qalmışdı.