Ekvadorda son on ildə baş verən ən güclü zəlzələ nəticəsində azı 272 nəfərin öldüyü, 1500-dən çox insanın yaralandığı bildirilir. 10 minə yaxın hərbçi və 3500 polis zərərçəkmiş ərazilərdə xilasetmə işlərini davam etidirir. Şənbə günü gecə baş verən zəlzələ 7.8 bal gücündə olub.
BBC xəbər verir ki, şimal-qərbdə yerləşən sahilyanı ərazilər zələzələnin episentrinə daha yaxın olduğundan ölənlərin sayının artacağı gözlənilir.
Ekvadorun prezidenti Rafael Correa iqtisadi böhranla bağlı Italiyaya nəzərdə tutulan səfərinin müddətini qısaldıb. O, ölkədə fövqəladə vəziyyət elan edib və sağ qalanların axtarışının vacib olduğunu vurğulayıb: “Hər şey yenidən inşa edilə bilər, amma insanların həyatını geri qaytarmaq mümkün deyil və bu insanı daha çox incidir”.
Qida və digər lazımi məhsullar insanlara paylanılıb və Venesuella və Meksikadan göndərilən beynəlxalq humanitar yarım da əraziyə çatır.
Kolumbiya elan edib ki, əraziyə axtarış itləri də daxil olmaqla xilasedici dəstə və zərərçəkmiş ərazilərə su daşımaq üçün hərbi dəniz donanma gəmilərini göndərib.
Pedernale şəhərinin meri Gabriel Alcivar deyib ki, bütün şəhər çöküb: “Biz mümkün qədər bacardıqlarımızın hamısını etməyə çaılışırq, amma burda demək olar ki, bizim edə biləcəyimiz bir şey yoxdur”.
Bu, Ekvadorda 1979-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir. Əsas zəlzələdən başqa şok titrəyişlər də olub, bunlardan ən böyüyü 5.4 bal gücə malik olub.