Türkiyəli haker qrupu Ermənistan dövlət orqanlarının internet saytlarına hücum edib.
“Aslan Neferler Tim” adlı haker qrupu düşmən ölkənin Baş Qərargah İdarəsi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və başqa dövlət saytlarına kiber hücum həyata keçirib.
Adı Belçikanın dövlət saytlarını dağıtmaqda hallanan qrup bu işi Azərbaycan-Ermənistan müharibəsində Azərbaycana dəstək olmaq üçün gördüyünü açıqlayıb. “Aslan Neferler Tim” sosial şəbəkə hesablarından yaydığı açıqlamada Ermənistana yönələn hücumların artaraq davam edəcəyini qeyd edib. (apa)