Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovla Sahibkarlığa Kömək Milli Fondu arasında qalmaqal davam edir. Əli Hüseynov redaksiyamıza bildirib ki, onun baş prokuror Zakir Qaralova müraciəti hələ də araşdırlır. Qeyd edək ki, Əli Hüseynov Zakir Qaralova müraciətində Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevin ünvanına kəskin ittihamlar səsləndirmişdi:
“Cənab Baş prokuror, Sahibkarlara Kömək Milli Fondunun sədri Şirzad Abdullayev və “Aqrarkredit”in sədri Məmməd Musayevin oğluma qarşı etdiyi qanunsuz əməllər barəsində toplanmış materiallar üzrə 1 aydır ki, cinayət işi başlanmamış qalıb.
Cənab Baş prokuror, cinayət işinin başlanmasına və işin obyektiv ararşdırılmasına görə prokurora və müstəntiqə İqtisadiyyat Nazirliyindən təzyiq var. Buna əsaslanaraq şəxsən diqqətinizə çatdırıram ki, Şirzad Abdullayev izahat vermək üçün rəsmi şəkildə Yasamal Rayon Prokurorluğuna dəvət olunsa da, bu dəvətdən imtina edib. O, faktiki olaraq bu hərəkəti ilə qanunlara hörmətsizlik nümayiş etdirib. Görünür, Şirzad Abdullayev qanunları kobud şəkildə tapdağama o qədər vərdiş edib ki, hətta prokurorluğun dəvətini belə qəbul etmir.
Cənab Baş prkuror, vətəndaşları qəbuldan polis vasitəsilə uzaqlaşdıran və müraciət hüquqlarından məhrum edən İqtisadiyyat Nazirliyində elə belə də fond rəhbəri olar. Qeyd edim ki, bu hadisə bizə qarşı Saatlıda rayonunda baş verib.
Cənab Baş prokuror, biz sahibkarlara qarşı edilən bu süründürməçilik və haqsızlığa görə mən yenidən məcbur qalıb mətbuat vasitəsilə Sizə müraciət edirəm. Bu ədalətsizliyi və haqsızlığı Heydər Əliyev götürməzdi. Siz onun ruhuna and verirəm ki, bu işi xüsusi nəzarətə götürüb cinayət işinin başlanması barədə ədalətli qərar çıxarasınız”.