PKK-nın siyasi qolu sayılan HDP və partiyanın sədri Səlahəddin Dəmirtaşa qarşı rəsmi ittiham irəli sürülüb.
Diyarbakır Prokurorluğu S.Dəmirtaşı ÿSur olaylarında polis və ordunun birgə əməliyyatına mane olmaqda, qarşıdurmaya çağırışlar etməkdə ittiham edir. Prokurorluq bildirir ki, Dəmirtaş dəfələrlə əhalini Surda tətbiq edilən küçəyə çıxmama qadağasına tabe olmamağa, hətta bu qadağanın aradan qaldırılması üçün etirazlara səsləyib.
Dəmirtaşın bununla terrora və terrorçulara dəstək verdiyi, onun bəzi çağırış və fikirlərinin birbaşa dövlətin təhlükəsizliyinə qəsd olduğu bildirilir.