Rusiya Maliyyə Nazirliyi tərəfindən hazırlanan proqnozlara görə, lazım olan islahatlar həyata keçirilməsə və neft qiymətləri yüksəlməsə ölkə iqtisadiyyatında durğunluğun ən azı 15 il daha davam edəcək.
Rusiya Maliyyə Nazirliyi tərəfindən 2030-ci ilə qədərki dövrü əhatə edən proqnozda, lazımi iqtisadi islahatların aparılmaması və neft qiymətlərinin artmaması halında, iqtisadiyyatdakı durğunluğun düzəlməyəcəyi qeyd olunub.
Mühafizəkar təxminlərə görə, neftin 40 dollardan götürüldüyü 2030-a qədərki dövrdə, Rusiya iqtisadiyyatı illik orta hesabla yalnız 1 – 1,3 faiz arasında artacaq.
İqtisadiyyatın bu il 0,8 faiz azalmasının, 2017-ci ildə isə yenidən inkişaf trendinə qayıtmasının gözlənildiyi hesablamalara görə, 2020-də isə 2014-ci ildəki ümumi daxili məhsul səviyyəsinə gəlmək mümkün olacaqdır.
Ötən ildən bu yana təxminən 13% geriləyən real əmək haqlarında təkrar 2014 səviyyələrinə isə ancaq 2025-ci ildə çatılacağı proqnozu verilib.
Nazirlik tərəfindən daha əvvəl 2013-ci ildə hazırlanan 2030-ci ilə qədərki dövrü əhatə edən proqnozlarda, neft qiymətlərinin orta hesabla 80 dollar, illik iqtisadi artım nisbətinin isə orta hesabla 2,5 faiz olacağı nəzərdə tutulmuşdu.
(marja)