Bakının Binəqədi rayonunda yerləşən “Caspian Standart CO” şirkətindən oğurluq edilib. Naməlum şəxs şirkətdəki seyfdən 75 min manat və 6 500 ABŞ dolları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq edən şəxs – Xəlil Xıdırov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)