Çinin ixracı Yanvarda kəskin düşüb, ancaq eyni dövrdə idxalın da sərt düşməsi xarici ticarət profisitini rekord səviyyəyə çıxmasına səbəb olub.
Çinin ixracı Yanvar ayında dollarda ifadə olunan rəqəmlərlə, Dekabr ayındakı 1.4%-lik azalmanın ardından 11.2 faiz geriləyib. İdxal isə eyni dövrdə 18.8 faiz geriləyib və 15-inci aydır ki, azalır. Bunun nəticəsində xarici ticarət profisiti 63.3 milyard dollar ilə rekord səviyyəyə çıxıb.
İxracdakı azalma, Yuanda Avqust ayından bu yana görülən ucuzlaşmanın Çinli şirkətlərin rəqabət gücündə hələ də bir artıma səbəb olmadığına işarə edir.
Çinin ihrac və idxalındakı azalma xarici ticarətdə davam edən azalmaya dair narahatlıqları artırır, ancaq rəqəmlər, Çində bir həftə davam edən Yeni İl tətili və Honq Konq ilə ticarətdəki volatillik ilə bağlı olaraq azalmış da ola bilər.
(marja)