ABŞ Helsinki Komissiyasının sədri, nüfuzlu konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara dair Konqresə təqdim etdiyi qanun layihəsinə onun daha iki həmkarı qoşulub.
ANS-in verdiyi məlumata göə, bunlar Nyu-York ştatından olan demokrat konqresmen Luiza Sloter və Nevada ştatından olan Co Hekdir.
“Azərbaycan demokratiya aktı” adlı qanun layihəsi 2015-ci ilin sonunda irəli sürülüb. Qanun layihəsi Azərbaycanda insan haqlarının pozulmasına görə prezident və baş nazir də daxil olmaqla, hökumətin ən yüksək səviyyədə cəzalandırılmasını nəzərdə tutur.