Dolların bahalaşması nəticəsində əhalinin gəlirlərinin azalması Azərbaycanda avtomobilə münasibəti də dəyişib.Avtomobil ekspertləri bildirirlər ki, artıq avtomobil almaq istəyənlər kiçik mühərrikli, qənaətcil və ucuz modellərə üstünlük verməyə başlayıblar.
İndi daha çox 2-8 min manatlıq avtomobillər alınır
Əvvəllər alıcılar avtomobilin görünüşü və kefiyyətinə diqqət yetirirdilərsə, indi avtomobilin qiyməti və yanacaq sərfiyatına fikir verirlər.Belə ki, əvvəl əhalinin orta təbəqəsi qiyməti 25 min manata kimi olan avtomobilləri alırdısa, indi 2-8 min manatlıq avtomobillər üstünlük verilir. Satışlar 50 %-dən çox azalsa da, ayda 4-8 avtomobil satılır. Yəni, hər şənbə bazar günü 2-ci əl avtomobil bazarında 1-2 avtomobil alınır.Daha çox alınan avtomobillər isə köhnə rus, alman və koreya avtomobilləridir.
Qənaətli olması “Priora”nı dəbə mindirib
Avtomobil bazarında hazırda ən çox alınan 2-ci əl avtomobillər sırasında rus maşınları üstünlük təşkil edir. Badamdar Avtomobil Bazarından satıcılar fins.az-a bildirirlər ki, müştərilər daha çox 2010-2015-ci il model “Lada Priora” avtomobillərinə üstünlük verilər. Belə ki, bu avtomobillər həm ucuzdur, həm də az yanacaq işlədir. Məsələn, 2012-ci il model 1.6 l mühərrikli “Priora” 100 km. məsafə üçün 6-7 litr yanacaq işlədir. Qiyməti isə 5500-5800 manatdır. Avtomobil satıcısı Oley Şamxalov fins.az-a bildirib ki, rus avtomobilləri ilə yanaşı ucuz və köhnə model alman avtomobilləri də “ölü” bazarın fovaritlərindəndir.
Dözümlü «Mercedes»lərə tələbat artıb
Xüsuilə də, alıcılar indi 1998-2000-ci illərin 1.8 – 2.2 l mühərrikli “Mercedes E Class” modellərini alır. Bu avtomobillərin qiymətləri isə 5-7 min manat arasında dəyişir. Onun sözlərinə görə, köhnə rus və alman avtomobillərini qənaətcil olduğu üçün 80 % hallarda taksi kimi isitifadə üçün alırlar.Bəzi hallarda isə işə gedib-gəlmək, hətta ailə avtomobili kimi sürmək üçün alanlar müştərilər var.
Kiçik “Kia”ları şəhər sakinləri alır
2-ci əl avtomobil bazarında hazırda satılan avtomobillərdən də biri “KİA Rio”dur. O.Şamxalov bildirib ki, kiçik mühərrikli avtomobili şəhər yollarında sürmək üçün hazırda ən sərfəli avtomobillərdəndir. 1.4 l mühərrikli avtomobil 8500-9500 manata satılır.
“Hyundai”ları naxçıvanlılar alır
Avtomobil alıcılarının sözlərinə görə, hazırda iri mühərrikli “Cip”lər satılmayan avtomobillər sırasında birincidir. Amma buna baxmayaraq bəzi dizel mühərrikli modelləri hələ də alanlar var.Məsələn, 2.2-2.4l mühərrikli “Hyundai Tucson” və “Hyundai Santa Fe” avtomobilləri az da olsa, satılır. O.Şamxalov bildirib ki, bu maşınları naxçıvanlılar daha çox alırlar və Naxçıvandan Türkiyəyə ticarət etməyə gedirlər.Türkiyədə baha olduğu üçün dizel bu avtomobillərlə orada satılır.
Ucuz “Opel Astra”lar mağazalara yük daşımaq üçün alınır
2-ci əl avtomobil bazarında hazırda alınan ən ucuz avtomobillər “Opel” modelləridir.Satıcılar bildirirlər ki, 1999-2003-cü il model 1.6-1.8 l mühərrikli “Opel Astra”lar 2-4 min manata satılır.Bu avtomobilləri həm ucuz olduğu üçün mağazalara yük daşıyan müştərilər alır.
500-1000 manatlıq avtomobillərin də alıcıları var
Avtomobil bazarında 500-1000 manatlıq ən köhnə avtomobillərin də alıcıları var. O.Şamxalov bildirib ki, belə avtomobilləri əsasən avtomobil ustaları və alverçilər alırlar. Belə ki, 1990-2000-ci illərin köhnə “Opel”, “Mercedes” avtomobillərini 500-800 manata alıb Gürcüstana aparırlar.Avtomobil orada təmir edilib 2500-3000 manata satılır. (fins.az)