Dünən səhər Rusiyanın Yekaterinburq şəhərində bu ölkəyə yenicə gəlmiş azərbaycanlılar Federal Miqrasiya Xidməti İdarəsinin binasını mühasirəyə alıblar. Yerli mətbuatın yazdığına görə, miqrantlar səhər saat 9-da qəbula düşə bilmək üçün gecə saat 3-dən növbə tuturlar.
Həmin gün bu idarədə Sverdlovsk vilayətində müvəqqəti yaşayış üçün icazə kvotası paylanacaqmış.
Hadisələrin iştirakçısı olan azərbaycanlı Azər Ağazadə deyib: “Miqrantlar bura icazə vərəqəsini verən müfəttişin qəbuluna düşmək üçün gücədən növbədə gözləyirlər. 300 azərbaycanlıdan cəmi 10 nəfərinə icazə verilib! 200 qazaxıstanlıdan isə 25 nəfərinə! Bu nə biabırçılıqdır? Miqrantlar insan deyil? Hökumət hara baxır?!!”
İdarənin təmsilçisi isə deyib ki, ötən il Sverdlovsk vilayətində miqrantlara müvəqqəti yaşayış icazəsi üçün 4000 nəfərlik kvota ayrılmışdısa, bu il həmin rəqəm 3500-ə endirilib. (Virtualaz.org)