Rüfət Səfərov istintaqa ifadə verib. İfadəsi alınan R. Səfərov evə buraxılıb. O, dilindən intizam alındığı üçün başqa məlumat verməyib.
***
Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov istintaqa çağırılıb. O, bu barədə Facebook-da yazıb: “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edildim. Ev dustaqlığı yenidən həbs-qətimkan tədbiri ilə əvəzlənə bilər. Bu, məni çəkindirmir”.
R.Səfərov keçən il dekabrın 21-də prokurorluq sistemindən bəyanatla istefa verib. Bundan sonra Binəqədi rayon Məhkəməsində ona qarşı rüşvət tələb etmək ittihamı irəli sürülüb, barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. Amma yanvarın ortalarında ittihamlar qalmaqla o, evə buraxılıb.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.