Prezident Administrasiyasına daxil olan müraciətlərin, o cümlədən şikayətlərin bir qismi sahibkarlar tərəfindən göndərilib.
Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd olunub.
Bu müraciətlərin 71 faizinə nəzarət qaydasında baxılmış, onların 51 faizi müsbət həll olunmuş, 19 faizi əsassız sayılmış, 13 faizinə müvafiq izahat verilmiş və 17 faizi icradadır.
Prezident Administrasiyasına sahibkarlıq məsələləri barədə Bakı şəhəri və onun rayonlarından, Gəncə, Ağcabədi, Ağdam, Ağdaş, Gədəbəy, İmişli, Kürdəmir, Lerik, Masallı, Saatlı, Tərtər, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.