“Avropa İttifaqı Azərbaycanda təhsil sahəsinin inkişafı üçün 19 milyon avro ayırıb”.
Bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard deyib.
O, bu vəsaitin treninqlərə sərf olunacağını vurğulayıb. M.Mard bildirib ki, təhsil sahəsi Azərbaycanın Aİ ilə əməkdaşlıq çərçivəsində prioritet məsələlərdəndir.
M.Mard, həmçinin Azərbaycanın təhsil proqramlarında, o cümlədən “Erasmus” və “Erasmus+” kimi layihələrdə çox fəal iştirak edən ölkə olduğunu vurğulayıb.
(report)