Yanvarda Azərbaycanda inflyasiya illik hesablamada 13,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
DSK-nın 547 mal və xidmət növünün (iş və xidmət) qiymətlərinin təhlili əsasında əldə etdiyi məlumata görə, ərzaq malları 18,3%, qeyri-ərzaq malları 17,2%, əhaliyə xidmətlər 4,6% bahalaşıb.
“DÜZGÜNLÜYÜNÜ SÜBUT ETMƏYƏ HAZIRIQ”
DSK sədrinin müavini Yusif Yusifov, statistik göstəricilərin, əsasən istehlak qiymətlərinin indeksinin siyasiləşdirilməsi barədə müstəqil ekspertlərin fikirlərini təkzib edib.
“Biz öz hesablamalarımızın düzgün olduğunu sübut etməyə hazırıq. Mal və xidmətlərin hər yerdə artımını söyləmək olmaz. Məsələn, kənd yerlərində ərzaq mallarının 70%-i kəndlilərin öz ehtiyatlarının hesabına təmin edilir”, – Y.Yusifov bildirib.
Fevralda istehlak mallarının stabilləşməsi müşahidə edilir.
(contact)