Prezident Administrasiyasından dövlət qurumlarına nə tapşırılıb?
Azərbaycan hakimiyyəti böhranın ölkəyə elə də ciddi təsir etmədiyi barədə rəy yaratmaq üçün yeni plan işləyib. Redaksiyamıza daxil olan məlumata görə, bu yeni iş yerləri barədə plandır. Məlumatda deyilir ki, Prezident Administrasiyasından dövlət qurumlarına tapşırıq gəlib ki, boş iş yerləri ilə bağlı siyahı hazırlasınlar.
Sonradan həmin siyahılar üzrə dövlət qurumlarına yeni işçilər götürülsün. Bununla cəmiyyətdə rəy yaratmağa çalışacaq böhran ölkəyə bir o qədər də təsir etməyib. Dövlət qurumlarında nəinki ixtisarlar aparılır, əksinə yeni işçilər götürülür. Halbuki dövlət qurumlarından kütləvi ixtisarların aparıldığı sirr deyil. Xüsusilə iri dövlət qurumlarında – “Azərnereji”, “Azərsu”, “Azəryolservis” və digərlərində yüzlərlə şəxs işdən çıxarılıb. Bu barədə mətbuatda da məlumatlar dərc edilib. Amma hökumət ənənəsinə sadiq qalaraq “inkişaf nağılları”nın davam etdirir. Sanki bununla ölkəni böhrandan çıxarmaq olacaq.