Hadisə Binəqədi rayonu ərazisində, 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Dərhal hadisə yerinə əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsindən sayta verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu saxlanılıb.
F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
F. Qədomov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.
Faktla bağlı istintaq tərbirləri davam etdirilir.